Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Aprel
06 aprel 2015 20:47 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Aprel

GÜNÜN ŞƏRHİ
 
Dünyada münaqişələri nizamlamağın konkret düsturu yoxdur. Bu, həm də münaqişələrin unikallığından irəli gəlir. Münaqişələr bir-birinə bənzəmir, lakin bütün konfliktlərin həllində bir yol tətbiq olunur – problemi həll edənədək bütün vasitələrdən istifadə olunmalıdır. Ukrayna prezidentinin ölkənin dövlət quruluşu ilə bağlı referenduma getməyə hazır olmaq niyyətini də bu kontekstdə dəyərləndirmək olar. Kiyev referendumdan hansı nəticə çıxacağını bilir, istər aparılan sorğular, istər ölkənin etnik strukturu səsvermədən federallaşmaya yox cavabı çıxacağını təxmin etməyə əsas verir. Bununla belə referenduma getmək separatçıların son bəhanəsini də əlindən ala və dünyanın Ukraynada baş verənlərə baxışını kökündən dəyişə bilər. Kiprdə keçirilən, türklərin “hə”, yunanların “yox” dediyi referendumu xatırlamaq kifayətdir. Məhz bu referendumun nəticələri Kipr türklərini beynəlxalq arenada rəqiblərdən bir addım önə çıxardı. Ukraynanın da indiki ağır durumda bir addım önə çıxmağa ehtiyacı var, bu niyə də ölkənin dövlət quruluşu ilə bağlı məsələnin ümumxalq səsverməsinə çıxarılması yolu ilə olmasın? 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar