Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Mart
05 mart 2015 20:06 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Mart

 
GÜNÜN ŞƏRHİ
 
Ukrayna hər şey edə bilər... Beynəlxalq təşkilatlardan Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi tələb edər, Kremli razılaşmaları pozmaqda günahlandırar, donor ölkələrdən əlavə iqtisadi və hərbi yardım istəyər...  Bircə ölkənin şərqində irimiqyaslı hərbi əməliyyatlara başlaya bilməz... Nə iki ay sonra, nə bir il sonra... Ukraynanın potensialı və mövcud şərtlər buna imkan vermir. İki aya 46 min nəfərlik əlavə ordu komplektləşdirmək belə Ukraynanın separatçılara qarşı hərbi əməliyyatlarda hansısa uğur qazandıra bilməz. Bu baxımdan ukraynalı deputatın bəyanatı blefdir... Xalq dilində desək, hərbə-zorba gəlmək... Bu bəyanat kimə ünvanlanıb? Həm Debaltsevo müsibətindən sonra məğlub əhval-ruhiyyədə olan Ukrayna cəmiyyətinə, həm özünü qalib sayan Rusiya və separatçı rejimlərə, həm də Ukraynanı Rusiya ilə sövdələşmə vasitəsinə çevirən Qərbə... Bəyanatın verilmə vaxtı da maraq doğurur... Sabah Parisdə “Normand dördlüyü” formatında növbəti görüş keçiriləcək... Güman ki, əməliyyata başlayacağıq mesajı həm də bu görüşün iştirakçılarına ünvanlanıb... Ukrayna bununla Qərbə mesaj verir - Rusiya ilə razılığa gəlib bizi uçuruma yuvarlasanız, sizi də özümüzlə uçurumun dibinə aparacağıq, çünki ayaqlarımız bərk kəndirlə bir-birinə bağlıdır... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar