Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Aprel
04 aprel 2015 20:30 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Aprel

GÜNÜN ŞƏRHİ
 
İraqda qüvvələr balansını pozan, tərəzinin gözünü əyən tək faktor var - türkmən faktoru. Ölkənin etnik strukturunun üç əsas qanadından birini təşkil edən türkmənlər həm BƏƏS rejimi dönəmində, həm postsəddam dövründə proseslərdən kənarda saxlanılıb. Səbəb isə bir olub - türkmən faktorunun önə çıxması Türkiyənin bölgədə təsir imkanlarını artıra bilər. Bu səbəbdən türkmənlər hər zaman Türkiyənin böyük dövlət olma missiyasının qurbanı, Türkiyəyə verilən gözdağı olublar. Bu tarixi ədalətsizlik yalnız bir yolla - Türkiyənin türkmənlərə dəstəyi ilə aradan qaldırıla bilər ki, Ankara uzun illər bu siyasətə sadiq qalıb. 90-cı illərdə türkmənlərə qarşı soyqırımın qarşısını almaq üçün türk ordusunun “sərhədlərimiz üçün təhlükə var” iddiası ilə İraq sərhədini 40 kilometr keçməsini xatırlatmaq yetər. Lakin son illər Türkiyənin özündən asılı olmayan səbəblərdən İraq və Suriyada gedən proseslərdə arxa planda qalması türkmənlərin də dəstəkdən faktiki məhrum etmiş oldu. İŞİD-in türkmən şəhərlərini istila etməsi əslində İraqda strateji cəhətdən türk olmayan hər kəsin işinə yarayırdı - türkmən faktoru birdəfəlik aradan qalxacaqdı. Türkiyənin İraq Türkmən Cəbhəsinə bağlı qüvvələrə hərbi təlim keçməyə başlaması bu niyyətə qarşı hesablanıb. Mosul və Telaferi məhz bu birliklərin azad etməsi tükrmən faktorunu önə çıxarmış olacaq. Xeyirli olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar