Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Avqust
03 avqust 2015 20:00 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Avqust

GÜNÜN ŞƏRHİ
 
PKK düşərgələrinin aramsız bombardman edilməsi terrorun kökünü kəsməyəcək. Türkiyə bu acı təcrübəni əvvəllər də yaşayıb. Buna Türkiyə dövlətinin zəifliyi deyil, terrorçuların mərkəzə çevirdiyi Kandil dağının coğrafi mövqeyi imkan vermir. Bombardmanlar Türkiyə dövlətinə yalnız psixoloji üstünlük qazandırır. Əməliyyatların effekt verməsi və PKK-nın heç olmasa 50 faiz zəiflədilməsi üçün quru əməliyyatlarının keçirilməsi şərtdir. İstefada olan və ömrünü PKK terroru ilə mübarizəyə həsr etmiş türk generalları hesab edir ki, quruda keçiriləcək əməliyyatlar PKK-nı ən azı 50 faiz zəiflədə bilər, amma yenə də problemi tam aradan qaldıra bilməz. Problemin aradan qalxması üçün əsas şərt PKK-nın xaricdən dəstəyinin kəsilməsidir. Türkiyədə hər kəsin bildiyi bir gerçək var - ABŞ, Avropa Birliyi və İsrailin dəstəyi olmadan PKK bir gün belə ayaq üstə dura bilməz. Bura PKK-dan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmiş və hələ də etməkdə olan Rusiyanı, Səudiyyə Ərəbistanını, İranı əlavə etsək, Ankaranın həqiqətdə kiminlə döyüşdüyünü təsəvvür etmiş olarıq. Türkiyə PKK-ya qarşı deyil, onların havadarlarına qarşı mübarizə aparmalıdır. Hələ bu vəzifə sərhədləri boyunca döyüşlər gedən, daxili siyasi çəkişmələrdə boğulan bir dövlətin üzərinə düşürsə, onda Ankaranın durumuna həsəd aparmaq olmaz. Hələ bu dövlətin qısa zamanda PKK terrorunun kökünü kəsəcəyini gözləmək heç olmaz. Türkiyənin bugünkü durumu Çanaqqala savaşı dönəmində ilk baxışdan gücsüz görünən durumunu xatırladır. Bu baxımdan hər kəsin bir gizli təsəllisi var - türk millətinin ruhu Çanaqqala savaşını qazanmağa kifayət edibsə, PKK terrorunun kökünü kəsməyə də bəs edər. İnşallah! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar