Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Fevral
27 fevral 2015 20:10 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Fevral

 
GÜNÜN ŞƏRHİ
 
Rusiya ilə qərbin dırnaqrası "pərdəarxası" mövqeyi Ukraynada baş verən hadisələr fonunda bütün çılpaqlığı ilə səhnədədir əslində... Sözü gedən "soyuq müharibə"nin Ukrayna ərazisində isti müharibəyə keçməsi və atəşkəs razılaşmasına baxmayaraq davam etməsi, bu münaqişənin hətta daha da şiddətlənəcəyi təhlükəsi belə deməyə əsas verir... Rusiyanın xarici işlər nazirinin "dünyada əvvəlki kimi qütbləşmə yoxdur və "soyuq müharibə"nin başlanması üçün şərait görmürəm" açıqlaması, elə qərbin də ara-sıra bu cür bəyanatlar verməsi Ukraynada ağır texnikanın münaqişə bölgəsindən çıxarılması görüntüsü yaratmaqla, əslində hərənin öz mövqeyində möhkəmlənməsinə bənzəyir... Lavrovun bəzi qərb ölkələrini nəzərdə tutaraq bir tərəfdən "indi o dövr deyil, bizim ümumi maraqlarımız var" deməsi, bir tərəfdən də Rusiyanın maraq dairəsində olan Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatının genişlənməsini və müttəfiqi olan Çinlə bəzi razılaşmalara gəlməsini bəyan etməsi bunu təsdiq edir... Eyni ilə ABŞ-ın bəzi Avropa ölkələri ilə bərabər Moskvaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi ilə bağlı qurduğu planları kimi... Hər iki tərəfin başlandığını etiraf etmək istəmədiyi "Soyuq müharibə"nin "istiliyi" isə artıq bütün dünyada hiss olunmaqdadır...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102
avatar

Oxşar yazılar