Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Avqust
19 avqust 2016 20:20 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Avqust

GÜNÜN ŞƏRHİ
 
15 iyulda çevriliş etmək istəyənlərin son məqsədi nə idi? Üzərindən beş həftə keçməsinə rəğmən hələ də aktual olan bu suala hər kəsin öz cavabı var. İctimai rəydə hakim olan obyektiv cavab budur - xuntaçılar 1980-ci il modelində hökumət qurmaq istəyirdilər. Bəs hökumətə kim rəhbərlik edəcəkdi, çevriliş planının 1 nömrəli mülki siması, o siyasətçi kim idi? Ötən müddət ərzində bu suala cavab tapılmadığına görə, "çevrilişdə əsas məqsəd heç də hakimiyyəti devirmək olmayıb" fikri getdikcə möhkəmlənir. Mətin Feyzioğlunun versiyasına görə, məqsəd hakimiyyəti devirmək yox, fəthullahçı hərbçilərlə dövlətə sadiq ordu birləşmələri arasında qarşıdurma yaratmaq, qarşıdurmanı xaosa çevirmək, Türkiyəni çökmüş dövlət halına gətirməkdir. Bu baş verərsə, BMT Təhlükəsizlik Şurası prosesə müdaxilə etməli olacaq, NATO-ya Türkiyə ərazisinə qoşun yeritmək səlahiyyəti verən qətnamə qəbul edəcəkdi. Söhbət hər kəsə tanış olan Liviya ssenarisindən gedir. Feyzioğlunun açıqladığı bu ssenari təxminlərdən ibarət deyil, yazılmış, dərc olunmuş konkret plandır. Ssenarini yazan ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni, dərc edən dünyanın ən nüfuzlu xarici siyasət nəşridir. Bu ssenari 15 iyuldan düz bir ay əvvəl məqalə şəklində dərc olunub. ABŞ-da. 
 
Vüqar MƏSİMOĞLU

# 658
avatar

Oxşar yazılar