Sevinc Osmanqızı APA-ya keçdi
18 sentyabr 2014 11:28 (UTC +04:00)

Sevinc Osmanqızı APA-ya keçdi

 

Bir neçə gün öncə ANS TV-dən ayrılan tanınmış jurnalist Sevinc Osmanqızı yenidən Azərbaycan mətbuatı ilə əməkdaşlıq etməyə başlayıb.


 

Lent.az-ın “azvision.az”a istinadən xəbərinə görə, xanım jurnalist APA İnformasiya Agentliyinin Vaşinqton üzrə xüsusi müxbiri kimi fəaliyyətini davam etdirəcək. 

Bu xəbəri “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı da təsdiqləyib. O bildirib ki, agentlik artıq Sevinc Osmanqızı ilə əməkdaşlığa başlayıb:

“Sevinc Osmanqızı ilə əməkdaşlıq etməyə başladıq. Əgər gələcəkdə şərtlərimiz uyğun olarsa, onun şərtləri bizi qane edərsə, eləcə də bizim şərtlərimizlə o razılaşarsa, Sevinc Osmanqızı tam ştatlı işçimiz olacaq”,-deyə V.Mahirqızı qeyd edib. 

Qeyd edək ki, Sevinc Osmanqızı 2008-ci ildən ANS televiziyasında işləyib. ANS-in Vaşinqton bürosunun rəhbəri olmazdan əvvəl televiziyanın Xəbərlər Redaksiyasının baş redaktoru işləyib. ANS-da yayımlanan “Cümə Sevinc Osmanqızı ilə” ictimai-siyasi verilişinin və “Açıq söhbət Sevinc Osmanqızı ilə” siyasi debat proqramının aparıcısı olub. S. Osmanqızı ANS-də çalışdığı illərdə Amerikanın “CNN” telekanalında Azərbaycana dair layihələri ilə də yadda qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440

Oxşar yazılar