<b>Sərxoş sürücülər ucbatından 18 nəfər ölüb -</b> <span style="color:red;">Ötən il
27 fevral 2017 14:55 (UTC +04:00)

Sərxoş sürücülər ucbatından 18 nəfər ölüb - Ötən il

2016-cı ildə ölkənin avtomobil yollarında 2006 və ya 2015-ci illə müqayisədə 9,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

 

 

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da əvvəlki ilə nisbətən 12,6 faiz azalaraq 2762 nəfər olub.  Onlardan 759-u həlak olub, 2003-ü isə yaralanıb. Hadisələrin 44,0 faizi gündüz, 36,4 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 28,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

 

Bildirilir ki, yol-nəqliyyat hadisələrinin 87,0 faizi yaşayış məntəqələrində baş verib,  bu hadisələr nəticəsində həlak olanların sayı 2015-ci ilə nisbətən 15,3 faiz azalaraq 497 nəfər, yaralananların sayı isə 11,6 faiz azalaraq 1877 nəfər olub.

 

Bütün yol-nəqliyyat hadisələrinin 44,0 faizi nəqliyyat vasitələrinin və piyadaların,  36,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2015-ci ilə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,4 faiz, 8,5 faiz və 21,0 faiz azalıb.

 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.

 

Qeyd edilib ki, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 37 hadisə baş verib,  nəticədə 18 nəfər ölüb,  34 nəfər isə yaralanıb.  Belə hadisələrin 78,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

 

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2015-ci ilə nisbətən 13,0 faiz artaraq 2861,9 min olub.  Xətaların 50,0 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,6 faizi yol ayrıcını keçmə, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.  Qaydaların pozulmasına görə 85,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar