Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.