<b>31 dərəcə isti, yağış </b>
02 sentyabr 2016 12:45 (UTC +04:00)

31 dərəcə isti, yağış

0

 

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 18-21° isti, gündüz 25-28°, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar