Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət İqtisad Universitetinə yeni rektor təyin edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub.
Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb və sərəncam yaxın saatlarda dərc olunacaq.
Sərəncamda qeyd olunur ki, Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunsun. Prezident həmçinin İqtisad Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verib.
Qeyd edək ki, Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.
Xatırladaq ki, Şəmsəddin Hacıyev 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru idi.