Səlim Müslümov əlilə görə məmuru işdən çıxardı
29 yanvar 2014 11:16 (UTC +04:00)

Səlim Müslümov əlilə görə məmuru işdən çıxardı

Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor əvəzi  Rövşən Məhərrəmov işdən azad edilib. Lent.az-ın məlumatına görə, bu barədə “anspress” məlumat yayıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbər Əjdər Ol faktı təsdiqləyib. O, Lent.az-a açıqlamasında  bildirib ki, R. Məmmədov adıçəkilən Mərkəzdə direktor əvəzi idi: “O, həmin vəzifədən azad edilib”.

 

Ə. Olun sözlərinə görə, R. Məmmədov başqa bir vəzifəyə təyin olunub. Lakin aparat rəhbəri onun hansı vəzifəyə təyin olunduğunu açıqlamayıb.

 

Qeyd edək ki, ünvanlı sosial yardım ala bilmədiyindən özünü yandıran Yevlax sakini 44 yaşlı Nizami Kərimovun aldığı yanıq xəsarətləri ağır olduğundan Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olsa da, həyatı təhlükədə deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157

Oxşar yazılar