Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin peşə bacarıqlarının proqnozlaşdırılması və uyğunlaşdırılması sahəsində ekspertlər şəbəkəsi yaradılıb.
Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Şəbəkənin yaradılmasında məqsəd ölkələr arasında beynəlxalq təcrübənin daha da intensiv öyrənilməsi, fikir mübadilələrinin aparılması və bu sahədə yeni metodların inkişaf etdirilməsidir.
Azərbaycan üzrə qeyd olunan sahədə ekspertlər şəbəkəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Dövlət Statistika Komitəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları və Proqramın Azərbaycan üzrə milli eksperti daxildir. Ekspertlər Şəbəkəsinin Azərbaycan üzrə əlaqələndirici şəxsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Heydər Cəfərli seçilib.