Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bir sıra görüşlər keçirib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
İƏT-in Baş katibinin iqtisadi məsələlər üzrə müavini səfir Hameed A.Opeloyeru ilə görüşündə nazir Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması, iri iqtisadi layihələrin reallaşdırılması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. H.A.Opeloyeru Azərbaycana növbəti səfərində də ölkənin sürətli inkişafının şahidi olduğunu ifadə edib.
Görüşdə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. S. Müslümov həmçinin Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Ziyad Əlsaiq, Beynəlxalq Əmək Təşkilatının (BƏT) departament rəhbərinin müavini Kamran Fənnizadə ilə də görüşüb.