Səlim Müslümov beynəlxalq tədbirdə iştirak edəcək
27 may 2014 13:12 (UTC +04:00)

Səlim Müslümov beynəlxalq tədbirdə iştirak edəcək

Cenevrədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçiriləcək. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

Sessiyanın iyunun 4-də keçiriləcək plenar iclasında nümayəndə heyətinin başçısı kimi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun çıxışı nəzərdə tutulur. Bundan başqa, S.Müslümovun tədbir çərçivəsində BƏT-in Baş direktoru və digər rəhbər şəxsləri, habelə sessiyada iştirak edəcək bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərinin keçirilməsi də planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar