Sel təhlükəsi artıb - AÇIQLAMA
14 yanvar 2013 16:38 (UTC +04:00)

Sel təhlükəsi artıb - AÇIQLAMA

Azərbaycanda ötən əsrin 60-70-ci illərinə nisbətən sel ocaqlarının sahəsi ən azı 2-2,5 dəfə artıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə deyib.

 

Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacı, yəni Şəki-Zaqatala bölgəsi təkcə Qafqazda deyil, bütün dünyanın ən təhlükəli sel zonalarından biri sayılır: “Bu ərazilərdə sel keçmək ehtimalı çox böyükdür. Heyvandarlığın inkişafı, yaylaq otlaqlarının çox otarılması, məcburi köçkün rayonların mal-qarasının alp-subalp çəmənliklərə yönəldilməsi nəticəsində çılpaqlaşma baş verib, sel ocaqlarının sayı xeyli artıb. Dağlıq ərazilərin turizm məqsədilə çox mənimsənilməsi, yolların çəkilməsi də daşınan sel materiallarını artırır. İntensiv yağışların yağması sel ehtimalını gücləndirir. Əvvəllər Şəki-Zaqatala zonasında güclü sel keçmə hər 5-7 ildən bir olurdusa, indi bu interval 2-3 il səviyyəsinə düşüb”.

 

E. Əlizadənin sözlərinə görə, əvvəllər sel keçmə ehtimalı az olan ərazilərdə indi sel hadisələri intensivləşib: “Məsələn, Böyük Qafqazın şimal-şərq yamacı (Quba-Xaşçmaz bölgəsi), Gəncə-Qazax zonası çaylarında bu proses müşahidə olunur. Azərbaycanda ən çox sel təhlükəli çaylar Kişçay, Şinçay, Kümrükçay, Muxaxçay, Dəmiraparançay və Girdmançaydır. Quba-Xaçmaz zonasında isə Vəlvələçay, Qusarçay və Qudyalçay ən sel təhlükəli çaylar hesab olunur. Son illər Gəncə-Qazax zonasında sel ocaqlarının sahəsinin artması və yağıntıların intensivliyi artdığından Zəyəmçay dərəsində, Şəmkirçayda də sel təhlükəli artıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907
avatar

Oxşar yazılar