Şəkidə moto-festival
30 avqust 2014 11:18 (UTC +04:00)

Şəkidə moto-festival

Şəkidə Qafqazda ilk dəfə keçirilən moto-festivalın açılışı olub. APA TV-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, açılış mərasimindən öncə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festival iştirakşıları XIX əsrə aid tarixi-memarlıq abidəsi  olan “Aşağı Karvansara” kompleksinin həyətində təşkil edilmiş sərgi-yarmarkasına baxış keçiriblər. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunub. Festival iştirakçıları sonra şəhər stadionunda çövkən milli oyunu üzrə yarışı və motosikletlərin şousunu izləyiblər. Daha sonra festival iştirakçıları “Aşağı Karvansara” kompleksində təşkil olunmuş aşılış mərasiminə qatılıblar. 

Mərasimdən sonra iştirakçılar möhtəşəm konsert proqramına baxıblar.  

Qeyd edək ki, tədbir telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum gününə təsadüf edir. Festivalda Azərbaycanın və ondan çox xarici ölkələrin baykerləri iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417
avatar

Oxşar yazılar