Şəki Penitensiar Müəssisəsində gənc əməkdaşların andiçmə mərasimi keçirilib
17 fevral 2014 21:46 (UTC +04:00)

Şəki Penitensiar Müəssisəsində gənc əməkdaşların andiçmə mərasimi keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində kiçik rəis heyətinə qulluğa qəbul olunmuş 44 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ilkin hazırlıq kursunu keçərək, penitensiar müəssisələrə təyin olunmuş əməkdaşların andiçmə mərasimində Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov iştirak edib. O, xidmətə yeni başlayan əməkdaşları Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi adından təbrik edib, gənc əməkdaşlara aparılan islahatlar, xidmətin xüsusiyyətləri barədə məlumat verərək onlara gələcək işlərində uğurlar diləyib.


Daha sonra işə yeni qəbul olunmuş gənc əməkdaşlara xidməti vəsiqələr və ilkin hazırlıq kursunu bitirmələri barədə şəhadətnamələr təqdim olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034
avatar

Oxşar yazılar