Şəki İcra Hakimiyyətinə 3,3 milyon manat ayrıldı
03 iyul 2014 18:43 (UTC +04:00)

Şəki İcra Hakimiyyətinə 3,3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla  on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılıb.
 

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar