Səhiyyə Nazirliyinə və Quba İcra Hakimiyyətinə vəsait ayrıldı - SƏRƏNCAM
23 sentyabr 2013 19:01 (UTC +04:00)

Səhiyyə Nazirliyinə və Quba İcra Hakimiyyətinə vəsait ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Quba Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
 

Dövlət başçısının digər sərəncamı ilə, Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

 

Hər iki sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Oxşar yazılar