Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya ya açıqlamasında deyib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.
Bu vaxta kimi hadisə yerində ölən olmayıb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.