Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı növbəti müsahibədən 59 nəfər keçib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 37 ixtisas üzrə 2000 vakant yerə 289 müraciət daxil olub. Bunlardan 265 nəfəri imtahanlarda iştirak hüququ qazanıb.
İmtahanların test mərhələsindən 133 nəfər məqbul alaraq ikinci - müsahibə mərhələsinə buraxılıb. Müsahibə nəticəsində 59 nəfər işə qəbul edilib.
Səhiyyə Nazirliyindən həkimlərə şad xəbər
1937