“Bakıda 5 saylı doğum evində baş vermiş ana ölümü hadisəsi Səhiyyə Nazirliyində araşdırılacaq”. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, 24 saat ərzində hadisə ilə bağlı bütün səbəblər xəstəxanadan nazirliyə daxil olacaq: “Bundan sonra isə Doğuşa Yardım Komissiyasında araşdırmalara başlanacaq”.
A. Qədirli qeyd edib ki, bu il ərzində ana ölümünə görə 72 həkim töhmət alıb, 9 həkim isə işindən kənarlaşdırılıb.
Nazirlik sözçüsü onu da vurğulayıb ki, 2 ana ölümü ilə bağlı hazırda istintaq aparılır: “İstintaq yekunlaşdıqdan sonra həkimlərin təqsirkar olub-olmadığı məlum olacaq”.