Səhiyyə Nazirliyi özəl klinikalarda araşdırmalar aparacaq
07 oktyabr 2013 17:06 (UTC +04:00)

Səhiyyə Nazirliyi özəl klinikalarda araşdırmalar aparacaq

“Özəl klinikalarda baş verən xoşa gəlməz hadisələrlə bağlı mütləq Səhiyyə Nazirliyi tərəfindən araşdırmalar aparılacaq”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, özəl klinikalarda baş verən hadisələr hər zaman SN-nin nəzarətindədir: “Nazirlik tərəfindən özəl klinikalarda həkim səhvindən baş vermiş xoşagəlməz hallarla yanaşı, digər amillər-klinikalarda işlərin düz qurulması, müalicə prosesinin düzgün aparılması da araşdırılır”.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Azərbaycanda son vaxtlar baş vermiş ana-uşaq ölümlərinə də münasibət bildirib: “Ana-uşaq ölümü ilə bağlı aparılan araşdırmalar uzun vaxt tələb edir. Ona görə də bununla bağlı nəticələri tez bir zamanda açıqlamaq mümkün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar