Səhiyyə naziri Oqtay Şirəliyev fevralın 11-də İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir İmişli rayon sakinləri ilə yanaşı, ətraf rayonlardan olan Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli rayon sakinlərini də qəbul edəcək.
Qəbulda vətəndaşları maraqlandıran məsələlər, şikayət, təklif və fikirlər dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Mərkəzi rayon xəstəxanasına müraciət edə bilərlər.