Şəhərlərarası özəl daşımalarda gediş haqqı artıb
11 dekabr 2013 11:41 (UTC +04:00)

Şəhərlərarası özəl daşımalarda gediş haqqı artıb

Şəhərlərarası və daxili sərnişindaşımada qiymət dəyişikliyi baş verməsə də, şəxsi avtomobilləri ilə bu sahədə fəaliyyət göstərən sürücülər gedişhaqqını artırıblar. Sürücülərin əksəriyyəti kamera qarşısında danışmaqdan boyun qaçırsalar da, bilidirblər ki, mövcud qiymətlərlə fəaliyyət göstərmək sərfəli deyil.

 

Bərdə avtovağzalının nəzdində fəaliyyət gösətərən şəhərlərarası və daxili avtobus və mikroavtobus tipli nəqliyyat vasitələrində qiymət artımı yoxdur.

 

Şəxsi minik avtomobilləri ilə Nəqliyyat Nazirliyinin lisenziyasına əsasən, Bakı, Sumqayıt və digər iri şəhərlər istiqamətində sərnişindaşıma ilə məşğul olan sürücülər isə deyirlər ki, yanacağın qiyməti artandan sonra sərnişinlər əsasən, avtobuslardan istifadəyə üstünlük verirlər.

 

Bərdə Mərkəzi Avtovağzalından da bildirilib ki, bölgədə rəsmi qiymət artımı yoxdur. Amma bəzən sürücülərin narahatlığı işə mane olur.

 

Yanacaq bahalaşanadək Bərdədən avtobus və ya mikroavtobusla Bakı və Sumqayıta gəlmək 6-7 manata başa gəlirdi. Taksi kimi fəaliyyət göstərən maşınlardan istifadə edənlər isə adambaşına 12-15 manat ödəməli olurdular

Teymur Zahidoğlu, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar