Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupun sədri Cavid Qurbanov Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə parlamentlərarası, eyni zamanda müxtəlif sahələrdə əlaqələrin inkişafı yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın daha da artırılmasının vacibliyi vurğulanıb.
Səfir Avstriya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib.
Daha sonra C. Qurbanov səfirə yeni missiyasında uğurlar arzulayıb və parlamentlərarası dostluq qrupunun sədri kimi iki tərəfli əməkdaşlıqda yüksək nailiyyətlərin əldə olunmasına çalışacağını vurğulayıb.