Bakıda küçədə yaşayan keçmiş iş adamından <span style="color:red;">YENİ XƏBƏR
31 iyul 2018 11:11 (UTC +04:00)

Bakıda küçədə yaşayan keçmiş iş adamından YENİ XƏBƏR

Vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən küçədə səfil kimi yaşayan rejissor Akif Əliyev xəstəxanadan çıxıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

 

O bildirib ki, Akif Əliyev  keçən həftə sosial sığınacağa götürülməzdən öncə müalicə olunması üçün xəstəxanaya yerləşdirilib:

 

“Bugün həmkarlarımla bir yerdə ona baş çəkmək istəyirdik. Lakin indicə öyrəndim ki, A.Əliyev xəstəxana personalına özünü yaxşı hiss etdiyini deyib, 2 günə qayıdıb təkrar müayinədən keçəcəyini bildirərək, xəstəxanadan çıxıb. Əminik ki, A.Əliyev onu sosial sığınacağa yerləşdirmək təklifimizdən imtina etməyəcək və yenidən səfil həyatına qayıtmayacaq”.

 

Qeyd edək ki, Akif Əliyev Moskvada və Kiyevdə iki universitet bitirib, iş adamı olub, lakin sonradan fırıldaqçılıqla üzləşərək hər şeyini - işini, mülkünü və ailəsini itirib. Xeyli müddətdi küçədə yaşayırdı. Onunla bağlı Lent.az-da (http://news.lent.az/news/306497)  yazı dərc olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi A. Əliyevlə bağlı mətbuatda gedən yazılara və nazirliyə edilən sorğumuza cavab olaraq A. Əliyevi xəstəxanaya yerləşdirmiş və müalicəsi başa çatandan sonra onun sığınacağa yerləşdirləcəyi ilə bağlı məlumat yaymışdı. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Səlcuq Elçin

Oxşar yazılar