Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyəti artırıldı
17 dekabr 2012 11:30 (UTC +04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyəti artırıldı

Nazirlər Kabineti “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında” 1999-cu il 12 aprel tarixli 66 nömrəli qərarında dəyişiklik edib.

 

Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinin artırılmasını nəzərdə tutur.

 

Hərbi əmlakın ayrı-ayrı növlərinin oğurluğu, israfçılığı və ya çatışmazlığı nəticəsində, inzibati və cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq dəyən ziyana görə maddi məsuliyyətin həddi həmin əmlakın dəyərinin 2 - 10 misli qədər müəyyən edilir. Hərbi əmlakın ayrı-ayrı növlərinin siyahısını, dəyərinin ödəniş misli göstərilməklə Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birlikdə təsdiq edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536
avatar

Oxşar yazılar