Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işığı kəsilməyəcək
08 yanvar 2013 13:11 (UTC +04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işığı kəsilməyəcək

“Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların  Siyahısı”nda dəyişiklik edib

 

Nazirlər Kabineti 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nda dəyişiklik edib.

 

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti İqtisadi İnkişaf Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin, Maliyyə Nazirliyinin, “Azərenerji” və “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin təkliflərini nəzərə alaraq “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nda dəyişiklik edib.

 

Bu siyahıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatının inzibati binası, mərkəzi çağırış məntəqəsi, yerli idarə, şöbə və bölmələrinin inzibati binaları da əlavə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125
avatar

Oxşar yazılar