Milli Mətbuat günü münasibəti ilə Lent.az-ın redaktoru Səbuhi Məmmədli mükafatlandırılıb. Lent.az-ın məlumatına görə, mükafat ona Rusiyanın Federasiyasındakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin Dağıstan nümayəndəliyi tərəfindən “İgidlik və cəsarətinə görə” verilib.
Qeyd edək ki, Səbuhi Məmmədli ötən il ərzində daim qaynar nöqtələrə ezam olunub və həyatını riskə ataraq müharibə gedən Suriya, İraq, Əfqanıstan kimi ölkələrdən reportajlar hazırlayıb.