Səbaildə ümumrayon iməcliyi keçirilib
05 noyabr 2013 16:40 (UTC +04:00)

Səbaildə ümumrayon iməcliyi keçirilib

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etməkdədir. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclik rayon İcra Hakimiyyətinin, təsərrüfat və digər  xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 250 nəfərin iştirak edib.

İməclik ərəfəsində  hazırlıq işləri görülüb, lazımi miqdarda ləvazimat toplanılıb, ağacların suvarılması üçün 5000 metr uzunluğunda yeni xəttlər çəkilib və ən əsası isə burada əkilmək üçün dekorativ ağac və gül kolları alınıb. İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılıb, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilib, «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılıb, yeni torpaq qatı, yaşıl ot qatı salınıb. «Dostluq parkı»nın ərazisində yeni veloparkın yaradılması məqsədi ilə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilib. Keçirilən iməclik ərzində burada 1000 ədəd yeni ağac əkilib, 7000 kvadrat metr sahəyə qazon otu səpilib, əlavə olaraq əvvəl əkilmiş 5000 ədəd ağaca qulluq göstərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Oxşar yazılar