Səbaildə mülki müdafiə üzrə maarifləndirici tədbir keçirilib
27 fevral 2015 14:49 (UTC +04:00)

Səbaildə mülki müdafiə üzrə maarifləndirici tədbir keçirilib

1 Mart - Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı ənənəvi olaraq Səbail rayonunda silsilə tədbirlər keçirilir. Lent.az-ın məlumatına görə, bu münasibətlə rayonun Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici xarakterli tədbir keçirilib. Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin  Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, rayon Ağsaqqallar və Veteranlar təşkilatlarının, Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 236 saylı orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışıb.

 

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev bildirib ki, Beynəlxalq Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanıb. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində maarifləndirici xarakterli tədbirlər keçirilir.

 

FHN Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev, Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkivnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdilər ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza   hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.

 

Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olundu və həyəcan siqnalı verilib. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanıb. Əvvəlcə «112» qaynar telefon xəttinə məlumat verilib.

 

Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürülüb. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirilib. Sonra məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib. Açıq dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olunub, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar