Səbaildə Heydər Əliyevin 91 illiyi ilə bağlı tədbir keçirilib
01 may 2014 15:20 (UTC +04:00)

Səbaildə Heydər Əliyevin 91 illiyi ilə bağlı tədbir keçirilib

Bu gün Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyevin anadan olmasının 91 illiyinə  həsr olunmuş təntənəli tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdən əvvəl qonaqlar və iştirakçılar teatrın foyesində İstiqlal muzeyi tərəfindən təşkil olunmuş sərgi ilə tanış olublar.

 

Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib, həyatını Azərbaycana, bütün mənalı ömrünü yalnız insanlığa xidmət etməyə həsr edib: “Azərbaycan tarixinin Heydər Əliyev dövrü də təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəlir. Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradıb”.

 

Sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına  simfonik orkeçtri Qara Qarayevin əsərlərini ifa edib, orkestrin müşayəti ilə əməkdar artist Aygün Bəylər, əməkdar artistlər Nərgiz İsmayılova və Anar Şuşalı, İtaliyadan gəlmiş musiqi qrupu, İlahə Əfəndiyeva, tarzən Səbuhi Səfərov, Ramil Qasımov xalq artistləri Murad Hüseynov, Azər Zeynalov, Alim Qasımov və  Brilyant Dadaşovanın ifaları mərasimi daha rəngarəng edib.

 

Sonda konsert iştirakçılarının birgə ifasında  Heydər Əliyevə həsr olunmuş «Sən elə bir zirvəsən» mahnısı səsləndirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34