Səbaildə 1 iyun tədbirləri
01 iyun 2013 14:36 (UTC +04:00)

Səbaildə 1 iyun tədbirləri

 

1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulub. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı  «Park Bulvar» Ticarət və İstirahət Mərkəzindəki «Park Sinema» kinoteartrında Uşaq filmləri həftəsi təşkil olunmuş,  hər gün 200 nəfər uşağa pulsuz 3 D həcmli uşaq filmləri nümayiş etdirilib. Bayramla əlaqədar Səbail rayon İcra Hakimiyyəti Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və “World Vision International” təşkilatının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə 219 saylı Evdə-məktəbin şagirdlərinin, həmçinin  rayonun aztəminatlı ailələrinin uşaqları üçün «Sahil bağı»nda əyləncəli bayram tədbiri keçirilib. Tədbiri açıq elan edən Səbail rayon icra hakimiyyətinin başçısının müavini Eldar Ağayev burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edib. Bayramın tarixçəsindən danışan Eldar Ağayev bildirib ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunub.

 

“World Vision International” təşkilatının ölkə direktoru Georgi Devidze,  Uşaq Hüquqları üzrə QHT Alyansınin rəhbəri  Nazir Quliyev və başqaları qeyd ediblər ki, Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bugünkü tədbir Azərbaycanda uşaq və gənclərin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların həllində bütün qurumların səfərbər olmasına nail olmaq, uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair məlumatı ictimaiyyətə çatdırmaq, habelə bu proseslərdə uşaqların iştirakını təmin etmək məqsədi daşıyır. Bu gün cəmiyyətin diqqətinin gələcəyimiz olan uşaqlara, onların sağlam və savadlı böyüməsinə, cəmiyyətdə öz yerini tutmasına yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər arasında  əlil və sağlamlığı məhdud uşaqlara olan diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir və istər dövlət, istərsə də cəmiyyət tərəfindən bu kimi uşaqlara olan qayğı hər zaman artırılmalıdır. Tədbirdə  populyar incəsənət xadimləri ilə yanaşı Səbail rayonunun orta məktəblərində və Uşaq Musiqi məktəblərində təhsil alan, mədəniyyət müəssisələrində, dərnəklərdə məşğul olan  istedadlı uşaqların ifasında konsert proqramı təşkil olunmuş, gənc idmançıların iştirakı ilə nümunəvi çıxışlar və istedadlı uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Təşkilatçılar tərəfindən tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Tədbirdə dövlət qurumları, biznes və beynəlxalq  təşkilatlarının, xarici dövlətlərin səfirliklərinin və uşaq sahəsində çalışan QHT-lərin nümayəndələri iştirak ediblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar