Bu gün Səbail rayonunda 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə bayram tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov açaraq iştirakçıları təbrik edib. Bildirilib ki, Bakının mərkəzi rayonu olan Səbail rayonunda əhalinin 51,2 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Son bir neçə il ərzində rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 35 nəfər əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə, 24 nəfər müxtəlif orden və medallara layiq görülüb. Elm, təhsil, səhiyyə ocaqlarında yüzlərlə elmlər doktoru və elmlər namizədləri çalışır.
Tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim olunub. Mərasim xalq artisti Faiq Ağayev, müğənni Aslan Hüseynov, Şəbnəm, və digər populyar incəsənət ustalarının konserti ilə başa çatıb.