Səbail rayonunda 2014-cü ilin yekunları həsr olunan tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2015-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan naliyyətlər barədə məlumat verib, 2014-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Qeyd olunub ki, 2014-cü ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 20 milyard 617,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 0,3 % çox məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 514,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 % çox nəqliyyat xidmətləri göstərilib.
2014-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 206,9 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 1,4 % çox rabitə xidmətləri göstərilib. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 642,3 milyon manat olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,8 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 3.272.8 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 63.3 % çoxdur .
Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 294.5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,3 % çox istehlak malları satılıb, 105.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28.9 % çox iaşə xidmətləri göstərilib.
2014-cü ilin Səbail rayonunda çalışan işçilərin sayı 112.140 nəfər, orta aylıq əmək haqqının məbləği isə 974,0 manat olunub ki, bu da əvvəlki illə müqayisədə 3,0 % çoxdur.
2014-cü ildə rayonda hamısı daimi olmaqla 1837 yeni iş yeri açılıb. Ümumiyyətlə isə 2003-cü ilin oktyabrından 2015-cü ilin yanvar ayının 1-dək rayonda 44163 yeni iş yeri açılıb ki, onların da 43295-i daimidir.
2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə Səbail rayonunda yeni inşa olunan Azərbaycan Xalça Muzeyi, Bakı Oksford məktəbinin yeni binası, Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoramı, Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası istifadəyə verilib.
Rayonda aparlan abadlıq-quruculuq işlərində Heydər Əliyev Fondunun, onun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da əməyi xüsusi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində yerləşən «Könül» körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq yenidənqurulmuş, bağça üçün 90 yerlik yeni əlavə korpus tikilmiş, Fond tərəfindən bağça bütün lazımi avadanlıq və ləvazimatlarla təmin olunub.
Keçən il rayonun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş, ABŞ-ın Nyu-York şəhərinin Bruklik inzibati rayonu və Yaponiyanın paytaxtı Tokio şəhərinin Mequro rayonu ilə dostluq və əməkdaşlıq haqqında protokol imzalanıbr.
Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov öz çıxışında qeyd etmişdir ki, 2014-cü il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 663 cinayət hadisəsi qeydə alınmış, onlardan 488-nin və ya 78,6%-nin açılması təmin edilib.
Ağır və xüsusi ilə ağır cinayətlərin sayı keçən illə müqayisədə 111-dən 99-ədək və ya 12 fakt azalmış, onların 50-nin və ya 58,8%-nin açılması təmin edilib. Qeyri aşkar şəraitdə baş vermiş cinayətlər 277-dən 312-ədək artmış, onlardan 191-nin və ya 62,4%-nin açılması təmin edilib.
Şəxsiyyət əleyhinə olan cinayətlər 94-dən 78-ədək və ya 16 fakt azalmış, onların 72-nin və ya 92,3%-nin açılması təmin edilib.
Mülkiyyət əleyhinə ümumilikdə baş vermiş cinayətlər 266-dan 357-ədək və ya 91 fakt artmış, onların 238-nin və ya 70,0%-nin açılması təmin edilib.
Baş vermiş oğurluq cinayətləri 137-dən 168-ədək və ya 31 fakt artmış, onların 92-nin və ya 54,8%-nin açılması təmin edilib.
Hesabat dövründə xarici ölkə vətəndaşları tərəfindən 11, onlara qarşı isə 16 cinayət hadisəsi baş verib. Xarici vətəndaşlara qarşı baş vermiş 16 cinayət hadisədən 14-nün və ya 87,5%-nin açılması təmin edilib.
Aparılmış tədbirlər nəticəsində hesabat dövründə qeydiyyatda olan 87 cinayətkardan 59-nun və ya 67,8%-nin, o cümlədən oğurluğa görə 21-dən 18-nin, dələduzluğa görə 30-dan 18-nin, xuliqanlığa görə 8-dən 5-nin, quldurluğa görə 2-dən 1-nin, hərbi cinayətlərə görə 3-dən 1-nin və digər cinayətlərə görə 23-dən 11-nin tutulması təmin edilmişdir. Eyni zamanda keçmiş illərdən axtarışda olan 28 nəfərdən 8-nin və ya 28,5%-i tutularaq istintaqa təhvil verilib.
Xəbərsiz itkin düşənlərin tapılması sahəsində də müəyyən işlər görülmüş və xəbərsiz itkin düşmüş 16 nəfərdən 11-nin və ya 68,5%-i tapılaraq qohumlarına və yaxınlarına təhvil verilib.