Saxta diplomların müəyyənləşdirilməsi qaydası açıqlandı
19 iyul 2013 16:04 (UTC +04:00)

Saxta diplomların müəyyənləşdirilməsi qaydası açıqlandı

 

Diplomların həqiqiliyi və ya saxta olması TQDK-nın “Tələbə-məzun elektron məlumat bazası” vasitəsilə, Təhsil Nazirliyində aparılmış qeydiyyat sənədlərinə  və müvafiq təhsil müəssisəsinə yönəldilmiş sorğuların cavablarına əsasən müəyyənləşdirilir. 

 

Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi bəyan edib ki, təhsil sənədləri müvafiq işə qəbul zamanı təqdim edildikdə və vətəndaşların müraciətlərinə əsasən yoxlanılır.

 

Təhsil Nazirliyi daxil olan sənədlər, müraciətlər əsasında və işə qəbul zamanı təhsil sənədlərinin dövlət nümunəli olub-olmamasını araşdırır, nəticələri barədə məlumat verir. Faktlar aşkar edildikdə isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat göndərilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3586
avatar

Oxşar yazılar