Yanvarda sanitariya norma və qaydalarının tələblərini pozan 37 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 484, mikrobioloji göstəricilərinə görə 464, toksikoloji göstəricilərinə görə 110, radioloji göstəricilərinə görə 12 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb olunub.
Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.