Samuxun üzüm bağlarında zərərvericilər aşkarlanıb
29 iyul 2019 15:21 (UTC +04:00)

Samuxun üzüm bağlarında zərərvericilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin  (AQTA) əməkdaşları tərəfindən Samux rayonunda “Kaberne”, “Şiraz”, “Mədrəsə”, “Şardone”, “Rkasiteli”, “Merlo”, “Saperavi” və s. üzüm sortları yetişdirilən 309 ha texniki üzüm bağında monitorinq aparılıb.

Agentlikdən Lent.az-a bildirilib ki, müşahidələr zamanı 24 ha “Rkasiteli” texniki sortu yetişdirilən üzüm bağının 1 ha-da Salxım yarpaqbükəni (Törədici Polychrosis botrane Schiff.) zərərvericisinə sirayətlənmə halları aşkar edilib.

Ərazidə Salxım yarpaqbükəni zərərvericisinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib və bağ Agentliyin fitosanitar mütəxəssisləri tərəfindən nəzarətə götürülüb.


Qeyd edək ki, Salxım yarpaqbükəninin tırtılları üzümün yetişmə mərhələsində bir gilədən digərinə keçərək, məhsulun zədələnməsinə və çürüməsinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Aygün İbrahimli

Oxşar yazılar