Şamaxı-Padar avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis“ ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, 3-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolda artıq 18 km hissəyə üçqat, 5 km hissədə isə ikiqat asfalt-beton örtük salınıb. 42 km məsafədə isə yolun əsasının tikintisi başa çatdırılıb. Hazırda 7 km hissədə asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.