Azad Rəhimovun babasının 100 illik yubileyi keçiriləcək
11 sentyabr 2014 16:24 (UTC +04:00)

Azad Rəhimovun babasının 100 illik yubileyi keçiriləcək

Sentyabrın 25-də Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubiley mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, S. Rəhimovun yubileyi ölkə prezidentinin 8 iyul tarixli sərəncamına əsasən qeyd olunur. Mərasim Azərbaycan Dövlət Akademik Dram Teatrında təşkil ediləcək.

Yubiley mərasimində Sadıq Rəhimovun həyat və fəaliyyətindən bəhs edən "Şərəfli ömür" kitabının və eyniadlı sənədli filmin təqdimatı da olacaq.

Sadıq Rəhimov 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. Bundan başqa o, müxtəlif illərdə toxuculuq sənayesi naziri, Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri, kommunal təsərrüfat və mülki tikinti naziri, çoxişlənən sənaye malları naziri, Respublika Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarəti və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin sədri, Bakı Baş Tikinti İdarəsinin rəisi və yüngül sənaye naziri vəzifələrində çalışıb.

S. Rəhimovun XX əsrin 50-ci illərində Qarabağı Azərbaycandan istəmək üçün Bakıya gəlmiş erməni keşiş Vazgeni təhqir etməsi o zaman böyük əks-səda doğurub. Buna görə Ermənistan uzun müddət Azərbaycana qarşı ərazi iddiasını dayandırmalı olmuşdu.

        

S.Rəhimov 1975-ci il iyunun 11-də, 61 yaşında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

Qeyd edək ki, S. Rəhimov gənclər və idman naziri Azad Rəhimovun ata babasıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2186

Oxşar yazılar