Sabunçuda “Gənclər evi” açıldı
13 may 2014 14:38 (UTC +04:00)

Sabunçuda “Gənclər evi” açıldı

 

 

Bu gün Sabunçu rayonunda yeni “Gənclər evi”nin açılışı keçirilib. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Gənclər evi” “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən nazirliyin sifarişi ilə tikilib. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və digər rəsmilər iştirak edib.

 

 

A. Rəhimov bildirib ki, sayca 28-ci olan Sabunçu “Gənclər evi”ndə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb: “Trinajor, fitnes zalları, komputer otaqları, gənclərin bir araya toplanıb yeni layihələr üzərində çalışmaları üçün münasib otaqlar var.  Sadəcə gənclərimizin daha aktiv və yaradıcı olmaları yetərlidir. Təbii ki, bu, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.”

 

Qeyd edək ki, obyektin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Sabunçu  rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində  0.1250 ha torpaq sahəsi ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar