Sabirabadda əkin sahələrinə "Mərakeş çəyirtkələri" daraşıb
23 aprel 2014 11:44 (UTC +04:00)

Sabirabadda əkin sahələrinə "Mərakeş çəyirtkələri" daraşıb

Sabirabadın bəzi əkin sahələrinə "Mərakeş çəyirtkələri" daraşıb. Rayonun Moranlı, Saranbəyli, Bala Həşimxanlı, Ələmbəyli və digər bir –neçə kəndə çəyirtkələrin kütləviliyi müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi çəyitkələrə qarşı mübarizə tədbirlərinə başlayıb. Bitki Mühafizəsi Mərkəzinin Sabirabad, Saatlı, İmişli və digər rayon şöbələri də mübarizə tədbirləri həyata keçirir. Mərkəzin rəisi Ramazan Aydınov deyir ki, xüsusi təhlükəli ziyanvericilər qrupuna aid olan Mərakeş çəyirtkələrinin qarşısı vaxtında alınmalıdır, çünki bu çəyirkələr qısa vaxtda məhsula ciddi ziyan vura bilər. Mübarizə tədbirlərinə cəlb olunan mütəxəssislər sahələri diqqətlə gəzərək, ziyanvericilərin yuvacıqlarını müəyyən edir, texnikaların həmin əraziləri qısa vaxtda dərmanlamasını təmin edirlər. 

 

Sabirabad Bitki Mühafizəsi Mərkəzinin rəisi Ramazan Aydınov deyib ki, çəyirtkələrlə mübarizə aparmaq üçün qabaqlayıcı tədbirlər görülür: "Payız fəsilindən başlayaraq, payız yoxlamaları aparılıb, kvadratmetrdə mərakeş çəyirtkələrinin sıxlığı müəyyən edilib, bundan əlavə, yaz fəslində yenidən monitorinq keçirilib, qazma işləri aparılıb, müəyyən edilmiş xəritə üzrə vəziyyət qiymətləndirilməklə mübarizə tədbirləri görülüb".

 

Qeyd olunub ki, qabaqlayıcı tədbirlərin görülməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi  çəyitkələrə qarşı mübarizə tədbirlərin görülməsi üçün seminarlar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047
avatar

Oxşar yazılar