<b>Leysan olacaq - </b><span style="color:red;">XƏBƏRDARLIQ
08 iyun 2018 13:03 (UTC +04:00)

Leysan olacaq - XƏBƏRDARLIQ

 

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, gecə  və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.  Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 24-28,  Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında iyunun 9-da bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

 

 Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 9-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar