Sabaha olan hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildirilib ki, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz oluanacaq.
Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-12 dərəcə isti,
Bakıda gecə 5-7 dərəcə isti, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Nazirlikdən bildirilib ki, martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s,
martın 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. təşkil edəcək.
Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq.
Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.