Martın 2-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sabah gecə 3-5, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da martın 2-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq rayonlarında hava çiskinli olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.