Sabah polis olmaq istəyənlər imtahan verəcək
01 mart 2014 18:16 (UTC +04:00)

Sabah polis olmaq istəyənlər imtahan verəcək

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Lent.az-ın məlumatına görə, imtahan saat 10:00-da Bakı Slavyan Universitetinin binasında təşkil olunacaq və 3 saat ərzində aparılacaq. Sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 35 nəfəri hüquq istiqaməti, 124 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd verib.

Namizədlərə test imtahanında iştirak etmək üçün «İmtahana buraxılış vəsiqəsi» və «Yaddaş kitabçası» təqdim olunub. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Hüquq istiqaməti üzrə sənəd vermiş namizədlərə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə təqdim olunacaq. Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180

Oxşar yazılar