Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, paytaxtda mülayim şimal-qərb küləyi əsəcək, temperatur gecə 8-12°, gündüz 16-20° isti olacaq.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 6-11°, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.