<b>36 dərəcə isti olacaq -</b><span style="color:red;"> SABAH
08 sentyabr 2017 12:52 (UTC +04:00)

36 dərəcə isti olacaq - SABAH

0

Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə,  şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı gözlənilir. 

 

Sentyabrın 9-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlarda gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar